Suriya müdafiə qabiliyyətini gücləndirmək və İŞİD başda olmaqla, bütün terror təşkilatları ilə mübarizə aparmaq üçün Türkiyədən rəsmən hərbi dəstək istəyib.
newsbaku.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyə MN-dən bildirilib ki, rəsmi Ankara Suriyadakı yeni hakimiyyətlə sıx təmasdadır.
“Suriya rəhbərliyi müdafiə qabiliyyətinin gücləndirilməsi və İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı mübarizə aparmaq üçün Türkiyədən rəsmi dəstək istəyib. Bu tələbə uyğun olaraq, Suriyanın müdafiə qabiliyyətini artırmaq üçün təlim, məsləhət və texniki dəstək vermək məqsədi ilə işlərimizi davam etdiririk”, – deyə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.
newsbaku.az