Rusiyanın Kiyevə raket hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib

image-azebackend

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə çoxkambinasiyalı hava hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib.

newsbaku.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov danışıb.

O bildirib ki, binanın ön və arxa tərəfdən şüşələri qırılıb, jalüz və mebellər zədələnib, xəsarət alan olmayıb.

Qeyd edək ki, iyulun 31-də Rusiya 300-dən çox zərbə dronu və 8 raketlə Ukraynaya hava hücumu edib. Əsas hədəf isə paytaxt Kiyev olub. Şəhərdə yaşayış evlərinə, inzibati binalara və infrastruktura ciddi ziyan dəyib. Burada həlak olanların sayı 28 nəfərə çatıb.

Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.

image-aze1 image-aze2 image-aze3

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki