Qala qəsəbəsində ağır QƏZA: Ölən və yaralananlar var

image-img_2800backend

Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, avqustun 6-da saat 17:30-da paytaxtın Xəzər rayonunun Qala qəsəbəsi ərazisində “Ford” və “Range Rover” markalı avtomobillər toqquşub.

Nəticədə, “Ford” markalı avtomobilin sərnişini 1994-cü il təvəllüdlü Ləman Elçin qızı Göyüşlü hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb.

Araşdırma aparılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki