Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib.
newsbaku.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 24 iyul 2025-ci il saat 11:00-dan etibarən Bakı və Gəncə şəhərlərindəki ümumtəhsil müəssisələrində rus bölməsi məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim sərbəst qaydada seçimlə əvəz olunub.
Seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti üzrə:
– Alternativ qeydiyyat mərkəzlərinə;
– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə;
– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
newsbaku.az