Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə Azərbaycan idmançılarının reytinq cədvəlini açıqlayıb.
newsbaku.az xəbər verir ki, avqust ayı üçün açıqlanan siyahıya cüdoçu Zelim Tçkayev başçılıq edir. Onun hesabında 330 xal var.
İkinci yerdə Zelim Kotsoyev (cüdo, 320 xal) olduğu halda, ilk üçlüyü Elcan Hacıyev (cüdo, 230 xal) qapayır.
Qeyd edək ki, reytinq cədvəli hər ayın əvvəlində nəticələrə uyğun olaraq yenilənir.
1. Zelim Tçkayev (cüdo) – 330 xal;
2. Zelim Kotsoyev (cüdo) – 320 xal;
3. Elcan Hacıyev (cüdo) – 310 xal;
4. Rəşid Məmmədəliyev (cüdo) – 210 xal;
5. Uşanqi Kokauri (cüdo) – 190 xal;
6. Nikita Simonov (kişi idman gimnastikası) – 165 xal;
7. Qurban Qurbanov (yunan-Roma güləşi) – 160 xal;
8. Giorgi Meşvildişvili (sərbəst güləş) – 150 xal;
9. Həsrət Cəfərov (yunan-Roma güləşi) – 150 xal;
10. Nihat Məmmədli (yunan-Roma güləşi) – 150 xal.
newsbaku.az