Türkiyə klubu Blaz Kramerin “Qarabağ”a keçidini yalanladı

image-1200-1backend

Türkiyənin “Konyaspor” klubu “Qarabağ”ın Blaz Kramerlə danışıq aparması iddiasına münasibət bildirib.

newsbaku.az xəbər verir ki, bu barədə “bbnhaber” nəşri məlumat yayıb.

Bölgə təmsilçisindən bildirilib ki, bu transfer şayiələri həqiqəti əks etdirmir və Kramer komandanın əsas oyunçularından biridir.

O, 2024/2025 mövsümündə 34 rəsmi oyunda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, daha əvvəl sloveniyalı forvardın agenti vasitəsilə “Qarabağ”a təklif olunduğu yazılıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki