Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

image-gamy5cfvlnq8kqsivmpd81soxdvzi8op2uob06bs_1200backend

Avqustun 27-də Şamaxı rayonunun Muğanlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

newsbaku.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla yanğının rayon sakini Mirağa Kazımov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki