Rusiyanın bəzi hava limanlarında yüzlərlə aviareys ləğv edildi: Dron hücumu təhlükəsi

image-izobrazhenie_2025-07-05_234817653backend

Moskvanın hava limanlarında, həmçinin Rusiyanın Yekaterinburq, Nijni Novqorod, Kalininqrad və digər şəhərlərində uçuşlar ləğv olunur və ya gecikir.

newsbaku.az-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, təkcə Moskva və Sankt-Peterburqda 100-ə yaxın reys təxirə salınıb, bir neçə yüz uçuşun vaxtı dəyişdirilib.

Qeyd olunur ki, bir çox sərnişin hava limanlarında 9 saatdan çox vaxt keçirib.

Məlumata görə, ən çətin vəziyyət Şeremetyevo hava limanında müşahidə olunur, burada 170-dən çox reys gecikir, 50-yə yaxın reys təxirə salınıb.

“İndi orada izdiham var: gələn sərnişinlər hələ hava limanını tərk etməyənlərə qarışıblar. Hətta kafe və biznes salonlarında belə boş yerlər qalmayıb”, – paylaşımda qeyd olunur.

Bildirilir ki, Pulkovoda 30-dan çox reys təxirə salınıb. Cəmi bir neçə dəqiqə əvvəl hava limanı daha bir dron hücumu təhlükəsi ilə əlaqədar fəaliyyəti dayandırıldıqdan sonra açılıb. Bu səbəbdən hələ də Şeremetyevodan Pulkovoya uça bilən təyyarələrdən biri yenidən Moskvaya qayıdır.

Bildirilir ki, Moskvanın digər hava limanlarında, eləcə də Yekaterinburq, Nijni Novqorod, Kalininqrad və digər şəhərlərdə də gecikmələr var, bəzi reyslər isə ləğv olunub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki