Neftçala rayonunun yeddi-səkkiz kəndini şəhər mərkəzi ilə birləşdirən Kür çayı üzərindəki körpü təhlükə saçır.
newsbaku.az-ın əldə etdiyi məlumata görə, sakinlər deyirlər ki, vəziyyət illərdir belədir. Hətta iki il əvvəl ərazidə işləyən ağır texnika qar təmizləyən vaxt körpüdən aşıb.
Elə o vaxtdan bəri körpü qəzalı vəziyyətdə qalıb. Dəfələrlə aidiyyəti qurumların qapısı döyülsə də, sakinlərin səsinə səs verən yoxdur.
“Maşınlarımız xarab olur, təmir etdirməkdən yorulmuşuq. Lazım olan yerə gedib-gələ bilmirik. Körpünü təmir etsələr, yaxşı olar”, – deyə sürücü narazılığını bildirib.
newsbaku.az