Dərs saatı çox olan müəllim sinif rəhbəri olmağa məcbur edilə bilər?

image-tiha2backend

Təhsil prosesində müəllimin mühüm missiyalarından biri də sinif rəhbərliyidir. Şagirdlərin təlim-tərbiyəsində məktəb və valideyn arasında körpü rolunu oynayan sinif rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, məktəblərdə bəzən dərs saatı çox olan müəllimlərə sinif rəhbərliyi verilir. Bəzi müəllimlər bununla razılaşsalar da, bir qismi məsuliyyəti üzərinə götürmək istəmir.

Maraqlıdır, bəs görəsən, dərs saatı çox olan müəllim sinif rəhbəri olmağa məcbur edilə bilərmi?

Məsələ ilə bağlı  sualları cavablayan təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev qeyd edib ki, müəllim dərs saatı çoxdur deyə sinif rəhbərliyi götürmək məcburiyyətində deyil:

“Bir müəllimin sinif rəhbəri olması onun dərs saatına aid olmayan vəzifə öhdəliyidir. Müəllimin dərs saatı 30 olsa belə, onu məcburi şəkildə sinif rəhbəri etmək olmaz. Sinif rəhbərliyi üçün müəllimlə məktəb rəhbərliyi arasında müqavilə bağlanır, buna görə müəllimə əlavə əməkhaqqı verilir”.

Ekspertin sözlərinə görə, müəllim sinif rəhbəri olmaqdan imtina edə bilər:

“Müəllim sinif rəhbəri olmaqdan imtina etmək istədikdə məktəb rəhbərliyinə yazılı şəkildə imtina istəyini bildirməlidir. Məktəb rəhbəri bu məsələni pedaqoji şurada qaldırır. Bundan sonra pedaqoji şura müəllimdən sinif rəhbərliyinin alınması barədə qərar verir.

Habelə məsələ qaldırılan ərəfədə pedaqoji şura müəllimə tövsiyə edə bilər ki, sinif rəhbərliyindən imtina etməsin, lakin müəllimin fikri qəti olarsa, onun üzərinə bu, məcburi öhdəlik kimi qoyula bilməz”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki