Tacikistan prezidenti Xankəndiyə gedib

image-tacikistanbackend

Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Xankəndiyə gedib.

newsbaku.az AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistan Prezidenti Emoməli Rəhmonu elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Tacikistan Prezidenti Emoməli Rəhmon Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) üzv dövlətlərinin dövlət başçılarının iclasında iştirak etmək üçün Azərbaycana yola düşüb.

Qeyd olunur ki, səfər zamanı Tacikistan respublikası prezidentini xarici işlər naziri, Tacikistan respublikası prezidentinin xarici əlaqələr və iqtisadi məsələlər üzrə köməkçiləri, iqtisadi inkişaf və ticarət, nəqliyyat nazirləri və digər rəsmi şəxslər müşayiət edirlər.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki