“Yaxşı oyun idi, bunun üçün çalışmışdıq. 2 qol vurduq. Hər kəs məmnundur, yaxşı nəticə əldə etdik. Biz yenə də öz üzərimizdə işləməliyik. Növbəti oyuna hazırlaşmaq üçün bir həftəmiz var”.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Aris”lə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində fərqlənən “Araz-Naxçıvan”ın futbolçusu Patrik Andrade deyib.
O, artıq növbəti matça kökləndiklərini bildirib:
“Biz addım-addım irəliləyirik. Çalışmalıyıq və ən azı bugünkü kimi oynamalıyıq. Yaxşı bir matç gözləyirik. Bugünkü kimi döyüşməliyik”.
Futbolçu oyun zamanı baş vermiş mübahisəlim epizod barədə də fikrini bildirib:
“Deyirlər ki, penaltiı idi. Bilmirəm, məncə, deyildi, bu barədə danışmaq istəmirəm. Biz artıq növbəti oyun barədə düşünürük”.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” qarşılaşması Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab matçı iyulun 31-də Salonikidə baş tutacaq.
newsbaku.az