“Middle East Eye” nəşrinin öz mənbələrinə istinadən yaydığı məlumat diqqət çəkib. Belə ki, xarici nəşr yulun sonunda Azərbaycan və Ermənistan liderlərinin görüşünün olacağından yazıb. Görüşün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) – Dubay şəhərində keçiriləcəyi bildirilib. Liderlərin görüşü zamanı sülh sazişi layihəsi ilə bağlı müzakirə aparılacağı qeyd olunur. Mənbələrin sözlərinə görə, BƏƏ iki ölkənin liderinin görüşünə ev sahibliyi etmək niyyətindədir. İyunun 25-də BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb.
Ermənistan Baş nazirinin bu məlumatlar yayılmazdan öncə Türkiyəyə səfər etməsi də xüsusi diqqət çəkir.
İndi ilin sonuna kimi sülh sazişinin imzalanmasının mümkünlüyü maraq doğurur.
“Sülh hamıya, ilk növbədə Ermənistana və Paşinyana lazımdır”