Cəlilabadda ağır QƏZA: Ölən və yaralananlar var

image-izobrazhenie_2025-08-01_112510475backend

Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.

newsbaku.az Oxu.az-a istinadən məlumata verir ki,  QAZ-53 markalı yük avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Nail Abbasov, həyatını itirən sərnişini 1993-cü il təvəllüdlü Cavid Hüseynov, xəsarət alan sərnişinlərdən biri isə 1972-ci il təvəllüdlü Sarvan Əkbərov olub. Onların hər üçü Yardımlı rayon sakinidir. Digər xəsarət alan şəxsin adı isə hələ ki məlum deyil.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 07:00-da N.Abbasov idarə etdiyi QAZ-53 markalı yük avtomobili ilə Cəlilabad rayonunun Əsədli kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Nəticədə avtomobilin kuzovunda olan sərnişin – 32 yaşlı C.Hüseynov həyatını itirib, sürücü və digər sərnişin isə bədən xəsarəti alıblar. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki