Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.
newsbaku.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında yazılıb.
“ABŞ-nin Texas ştatının mərkəzini vuran daşqınlar nəticəsində çoxlu sayda insan ölümü və xəsarəti bizi dərindən kədərləndirir. Biz ABŞ hökumətinə və bu faciədən əziyyət çəkən bütün insanlara ürəkdən başsağlığı veririk”, – paylaşımda deyilir.
Qeyd edək ki, Texasda daşqınlar nəticəsində 50-dən çox adam ölüb.
newsbaku.az