Zelenski: “1 200 əsirin mübadiləsi üzrə Rusiya ilə razılıq əldə olunub”

image-izobrazhenie_2025-08-03_173855035backend

“Rusiya və Ukrayna əsir hərbçilər arasında “1 200-ün 1 200-ə” formulu üzrə mübadilə həyata keçirməyi planlaşdırırlar”.

newsbaku.az-ın xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, mübadilə ilə bağlı razılaşma var, tərəflər siyahılar üzərində işləyirlər:

“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Rusiya nümayəndəsi ilə təmas barədə məlumat verib”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki