Hacıqabulda təcili tibbi yardım maşını QƏZAYA UĞRADI: Ölən və yaralananlar var

image-uwpkcxbspa4nw8kfdpsjint1eovsvzylr4pf9mw4_1200backend

Hacıqabul rayonunda təcili yardım maşının qəzaya uğraması nəticəsində ölən və yaralıların şəxsiyyəti məlum olub.

newsbaku.az Oxu.az-a istinadən xəbər verir ki, Füzuli rayon sakini, 1971-ci il təvəllüdlü Namiq Həmzəyevin idarə etdiyi təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində həmyerlisi 1993-cü il təvəllüdlü Rəsul Qurbanlı ölüb. Sürücü və həkim Əliağa Quliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki