SOCAR Türkiyənin I Liqa təmsilçisinin forma sponsoru olub

image-be173636-279a-34c8-b54c-e325d692a5db_850backend

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin I Liqa təmsilçisi “İğdır” klubunun forma sponsoru olub.

newsbaku.az xəbər verir ki, bu barədə qurumun Türkiyədəki törəmə şirkəti – “SOCAR Türkiye” məlumat yayıb.

Klubla müqavilə müddəti 2025/2026 mövsümünü əhatə edəcək. Rəsmi oyunlarda şirkətin loqosu futbolçuların formalarının ön hissəsində yer alacaq.

Qeyd edək ki, SOCAR eyni zamanda Türkiyə Superliqası təmsilçisi “Qalatasaray”a sponsorluq edir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki