Şəmkirdə 15 yaşlı qız ehtiyatsızlıqdan ölüb.
newsbaku.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Könüllü kəndində baş verib.
Belə ki, 2010-cu il təvəllüdlü Gülşən adlı qız yaşadığı evin həyətində boğularaq dünyasını dəyişib.
İlkin məlumata görə, 15 yaşlı qızın boğazı həyətdəki yelləncəyin kəndirinə ilişib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
newsbaku.az