“Extinction Rebellion” hərəkatı və isveçli ekofəal Qreta Tunberq Norveçin Monqstad şəhərində yerləşən ən böyük neft emalı zavodu olan “Equinor”a gedən yolu bağlayıblar.
newsbaku.az-ın xəbərinə görə, bu barədə NRK teleradio şirkəti məlumat yayıb.
“Equinor”un mətbuat katibi Ellen Mariya Şelsbekin sözlərinə görə, neft emalı zavodunun nümayəndələri etirazçıların obyektin təhlükəsizlik zonasından çıxarılması tələbi ilə polisə müraciət ediblər. Eyni zamanda, qurumun əməkdaşlarından nümayiş müddətində evdə qalmaları istənilib.
“Biz buradayıq, çünki neftin gələcəyinin olmadığı tamamilə aydındır”, – Tunberq bildirib.
Onun sözlərinə görə, neft dağıntılara səbəb olur, ona görə də ekoloji fəallar Norveçdəki neft şirkətlərinə təzyiq göstərməkdə davam edəcəklər.