İran Prezidenti Məsud Pezeşkian Ermənistan və Belarusa rəsmi səfərə gedib.
newsbaku.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
İkigünlük səfər zamanı ikitərəfli, xüsusilə ticari-iqtisadi sahədə əlaqələrin gücləndirilməsi, həmçinin müxtəlif sənədlərin imzalanması planlaşdırılır.
Pezeşkianın Ermənistan və Belarus rəsmiləri ilə görüşü və qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə edəcəyi gözlənilir.
newsbaku.az