İran Ukraynanın iranlılar üçün vizasız gediş-gəlişi ləğv etmək qərarına cavab verəcək

image-1200-1backend

Ukraynanın İranla diplomatik və xidməti pasportlara malik vətəndaşlar üçün vizasız gediş-gəliş haqqında anlaşma memorandumunu ləğv etmək qərarından sonra Tehran Kiyevə qarşı cavab tədbirləri görəcək.

newsbaku.az TASS-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai deyib.

“Ukraynanın diplomatik pasportları olan İran vətəndaşları üçün vizasız gediş-gəlişi ləğv etmək qərarına cavab tədbirləri görəcəyik. Təfərrüat üzərində iş aparılır”, – Bəqai mətbuat konfransında bildirib.

Xatırladaq ki, avqustun 20-də Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk bəyan edib ki, Nazirlər Kabineti 1993-cü ilin martında imzalanmış diplomatik və xidməti pasportlara malik vətəndaşlar üçün vizasız gediş-gəliş haqqında İranla anlaşma memorandumuna xitam verib. 2024-cü ilin noyabrında Kiyev, həmçinin Tehranla 1993 saylı hava nəqliyyatı barədə müqaviləni də ləğv edib.

newsbaku.az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki