Türkiyənin “Hürriyet” qəzeti Naxçıvan Muxtar Respublikasından reportaj dərc edərək oxucuları Zəngəzur dəhlizinin keçəcəyi ərazilərdəki vəziyyətlə tanış edib.
newsbaku.az “Oxu.Az” istinadən xəbər verir ki, qəzetin müxbiri Musa Kesler muxtariyyətin Ermənistan və İranla sərhəd qovşağının yerləşdiyi son yaşayış məntəqəsi olan Ordubad rayonunun Kotam kəndinə çatıb.
“Sovet dövründə Bakıdan Mehriyə, oradan isə Kotamdan keçərək Naxçıvana qatarlar gəlirdi. Tunellər və relslər qorunub saxlanılıb, lakin müasirləşdirmə tələb olunur, ya da köhnə yol ilə paralel yeni yolun tikintisinə ehtiyac yaranacaq”, – reportajda qeyd olunur.
Bildirilir ki, dünya ictimaiyyətinin diqqəti Zəngəzur dəhlizinə yönəlib.
Türkiyəli jurnalist Ordubad sakinləri ilə söhbət edib, Türkiyə və Azərbaycanın bayraqlarının dalğalandığı Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidələri ziyarət edib.
newsbaku.az