UEFA Konfrans Liqası: Azərbaycan klubları II təsnifat mərhələsinin cavab oyunlarına çıxırlar

image-1200-1backend

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində mübarizə aparan klublarımız bu gün cavab matçı üçün meydana çıxacaqlar.

newsbaku.az xəbər verir ki, “Sabah” doğma meydanda “Petrokub”u qəbul edəcək. “Araz-Naxçıvan” “Aris”lə, “Zirə” isə “Hayduk”la səfər matçında meydana çıxacaq.

Qeyd edək ki, təmsilçilərimizdən “Sabah” (3:1) və “Araz-Naxçıvan” (2:1) rəqiblərini məğlub ediblər. “Zirə” isə doğma meydanda 1:1 hesablı heç-heçəyə razılaşıb.

31 iyul

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi

Saat 20:00, “Sabah” – “Petrokub”;

Saat 22:15, “Aris” – “Araz-Naxçıvan”;

Saat 23:00, “Hayduk” – “Zirə”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki