Rusiyalılara Qırğızıstan vətəndaşlığının verilməsi dayandırılıb

image-qirgizistan-pasportu-1backend

“Rusiyalılara Qırğızıstan vətəndaşlığının verilməsi dayandırılıb”.

newsbaku.az -ın xəbərinə görə, bu barədə Qırğızıstan pasportu üzrə məsləhətçi Mixail Juxovitski öz “Telegram” kanalında bildirib.

O dəqiqləşdirib ki, yanvarın 24-dən sonra təqdim edilən ərizələr üzrə pasportlar alına bilməz.

“İndi Qırğızıstan vətəndaşlığını almaq mümkün deyil. Heç bir pulla almaq olmaz.. Və bunu bütün icraçılar, vasitəçilər, məmurlar bilirlər – onlar qəsdən dələduzluq üçün pul yığırlar”, – deyə o vurğulayıb.

Juxovitskinin sözlərinə görə, bu ilin yanvarından Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyi bir nəfərin də ərizəsini təsdiq etməyiblər.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki