Ağdərədə doqquz hektar ərazi yandı

image-oip-1backend

Ağdərədə yanğın hadisəsi baş verib.

newsbaku.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ağdərə rayonunun Canyataq kəndində dağlıq ərazidə 9 hektar sahədə quru ot, kol-kos və yaşayış olmayan, yararsız vəziyyətdə olan ev yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki