Zəngilanda piyadavurma hadisəsi olub.
newsbaku.az-ın məlumatına görə, hadisə rayonun Ağalı kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini, 1971-ci il təvəllüdlü Elman Zeynalov işlədiyi avtoyuma məntəqəsinin qarşısında “Ford Transit” markalı yük maşını ilə vurulub. O, xəstəxanaya aparılan zaman yolda vəfat edib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən sürücü, 1980-ci il təvəllüdlü Elçin Abdullayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim edilib.
İlkin məlumata görə, hadisə qəsdən və şəxsi münasibətlər zəminində baş verib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
newsbaku.az