Tramp Ərdoğanla görüşəcək

image-e7koeyuw8j2gl05sgxjmlnrxirbldbhfbszqqyqf_1200backend

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə qəbul edəcəyini açıqlayıb.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, o, müvafiq mesajı “Truth Social”da yayımlayıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə salamlamaqdan məmnunam. Prezident və mən çoxsaylı ticarət və müdafiə sazişləri üzərində işləyirik, o cümlədən böyük “Boeing” təyyarəsi alqı-satqısı, böyük “F-16” müqaviləsi və “F-35″ ilə bağlı danışıqları davam etdiririk. Bu danışıqların müsbət nəticələnməsini gözləyirik”, – Tramp yazıb.

O, Ərdoğanla münasibətlərini “yaxşı” adlandırıb.

image-kpvoa7qw0j57ppufplhrpdztujgzroq89xuxeafa_640

newsbaku.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki