2016-cı ildə yaradılan və özünü dünyanın ilk kosmik dövləti kimi təqdim edən Asgardia vətəndaşlıq üçün ödəniş tətbiq etməyə başlayıb.
newsbaku.az layihənin parlamenti qəbul etdiyi qərara əsasən, hər bir asgardiyalı bundan sonra illik 100 avroödəməlidir. Hazırda 250 mindən çox Asgardia vətəndaşı var.
Xəbər verir ki, müraciətlər edənlər arasında ilk sıranı 31 min nəfərlə Çin vətəndaşları, ikinci yeri isə 29 min nəfərlə Türklər tutur.
Parlament sədri Lembit Öpik bildirib ki, bu məbləğ “millətin və insanlığın gələcəyinə töhfə vermək üçün” nəzərdə tutulub. Onun sözlərinə görə, toplanacaq vəsait Asgardia-nın elmi, iqtisadi və siyasi fəaliyyətlərinin başlanğıc mərhələsinə keçidinə imkan yaradacaq.
Kosmik dövlətin qurucusu, Azərbaycan əsilli rusiyalı alim İqor Aşurbəyli isə daha iddialı hədəflər irəli sürür.
Onun planına görə, Asgardia 2043-cü ildə Ayda daimi yaşayış məskəni qurmalıdır. Bu məqsədlə həm orbitdə kosmik stansiyanın yaradılması, həm də uzunmüddətli perspektivdə Marsa insan göndərilməsi nəzərdə tutulur.
Asgardia-nın ilk real addımı isə 2017-ci ilin noyabrında atılıb. “Asgardia-1” adlandırılan 2,8 kiloqramlıq bu peyk hazırda orbitdə aktiv vəziyyətdədir.
Layihənin rəsmi açıqlamalarında qeyd olunur ki, bütün bu planların həyata keçməsi üçün əsas şərt vətəndaşlıq haqqı ilə təmin ediləcək maliyyə dəstəyidir. Bu səbəbdən, vətəndaşlıq ödənişi yalnız texniki deyil, həm də ideoloji baxımdan “kosmosda yeni bir mədəniyyət qurma” yolunda vacib addım sayılır.
newsbaku.az