Gürcüstan Azərbaycana olan borcunu qaytarıb

image-dollarbackend

Gürcüstan 7 ölkəyə, o cümlədən Azərbaycana olan borcunu ödəməyi başa çatdırıb.

newsbaku.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, 2025-ci ilin sentyabrında Gürcüstan Paris Klubunun kreditorları ilə razılaşma çərçivəsində 2004-cü ilin iyulunda restrukturizasiya edilmiş xarici borcun qalan hissəsini tam ödəyib.

Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Qazaxıstan, Ermənistan, İran və Niderlanda da borclar ödənilib.

Avqustun 1-nə bu ölkələr qarşısında qalan ümumi ödənilməmiş borc 7.32 milyon dollar təşkil edib.

Bütün borclar Gürcüstan müstəqillik əldə etdikdən sonra ilk illərdə yaranmış xarici öhdəliklərə aiddir.

Ödənişlər 1999-cu ilə qədər götürülmüş 160 milyon ABŞ dolları borcunu, 1999-cu ildən 2004-cü ilin may ayına qədər yığılmış öhdəliklər üzrə faizləri, eləcə də daha əvvəl təsdiq edilmiş qrafikə uyğun olaraq 2004-2006-cı illərdə ödənilməli olan borcları əhatə edib. Ödənişlərin ümumi məbləği 225 milyon dolları ötüb.

31 avqust 2025-ci il tarixinə Gürcüstanın ümumi xarici dövlət borcu 9.1 milyard dollar təşkil edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki