Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

image-jghwoiz4p4qur6cilmx8gqle8zfckqgaaoqaoq6a_640backend

Gürcüstanın Şida Kartli bölgəsinin Kareli rayonunda Azərbaycanın SOCAR şirkətinə məxsus avtomobilə silahlı hücum olub.

newsbaku.az “Report”a istinadla xəbər verir ki, hadisə hakim Gürcü Arzusu Partiyasının ofisinin yaxınlığında qeydə alınıb.

İlkin məlumatlara əsasən, insident zamanı xəsarət alan olmayıb. Detallar məlum deyil.

Gürcüstan Daxili İşlər Nazirliyi insidentlə bağlı istintaqa başladığını açıqlayıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı bir nəfəri saxlayıblar.

image-s7vm7usvwbxvtytaowgungfpnk7xonpg3ouzjxvj_450 image-fcnmkx3rq3ie9f1u1bvp7eb3evcvoyvs97swdpwz_1200

newsbaku.az

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki