Gəncədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı

image-6tgqijacubq0n4cs8on761lrqyeotwsql5oabfpp_1200backend

Gəncə şəhərinin Şah İsmayıl Xətai prospektində zəncirvari avtomobil qəzası baş verib.

newsbaku.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə zamanı “Ford Tranzit” markalı yük avtomobili ilə BMW və BYD markalı minik avtomobilləri toqquşub. Nəticədə avtomobillərdə olan 1998-ci il təvəllüdlü P.Verdiyev, 1993-cü il təvəllüdlü M.Abdullayeva, 1976-cı il təvəllüdlü R.Yusifov və daha bir nəfər müxtəlif dərəcəli xəsarətləri alıblar.

Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

https://baku.tv/embed/220207

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki