Bakıda bədbəxt hadisə nəticəsində bir nəfərin ölməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI

image-img_3242backend

Binəqədi qəsəbəsinin ərazisində yerləşən sexin taxta döşəməsinin çökməsi nəticəsində bir nəfərin yıxılaraq ölməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sorğuya cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində tikişçi işləyən Güllü Qədiməliyevanın müəssisə binasının ikinci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmənin sınması səbəbindən sonuncunun binanın birinci mərtəbəsinə beton səthə yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki