Azərbaycanın və BƏƏ prezidentləri Milli Xalça Muzeyinin Şuşa filialında olublar

image-ljdivwmxbnrotz3dpv4pmbqn6q8vnpzhewjtjsyt_640backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.

newsbaku.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə həyata keçirilən işlər barədə məlumat verib.

Qeyd edək ki, təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulan bu məscid tarixi şəhər olan Şuşada modern memarlıq nümunəsi kimi seçiləcək. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, məscidin forması 8 rəqəmini əks etdirəcək ki, bu da Şuşanın işğalçılardan azad olunduğu günü – Zəfər Gününü simvolizə edəcək. Şuşanın və Qarabağın işğaldan ilin on birinci ayında azad edilməsinin rəmzi kimi məscidin iki minarəsi 11 rəqəmi formasında olacaq. Şəhərin yuxarı hissəsində inşa olunan bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək.

image-vivghcw3hcwvhgqqiolk0dehkbd8s2ybeetq9yhe_640

image-pvi8uuqimlf8be41xqwy68hdps6g2tffxgx6strm_640

image-pj5oxelmgrhnemg1e1gm7pf2uyu1r5smsqftmchl_1200

image-ixfo4lbrmmlhkf11nddjuoqltqfscvg3tzgogrgg_640

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki