Türkiyənin xarici işlər və müdafiə nazirləri rəsmi səfərlə Pakistana gediblər

image-tbackend

Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər rəsmi səfərlə Pakistana gediblər.

newsbaku.az Pakistanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir.

Səfər zamanı H.Fidan Pakistan tərəfi ilə qarşılıqlı maraq doğuran bütün əsas məsələləri müzakirə edəcəkləri bildirilib.

Yaşar Gülər Pakistan rəhbərliyi ilə müdafiə və təhlükəsizlik məsələləri üzrə danışıqlar aparacaq.

“Səfər Pakistan və Türkiyə arasında qarşılıqlı etimada əsaslanan qardaşlıq əlaqələrini əks etdirir”, – qurumun məlumatında bildirilib.

newsbaku.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki