Trampın Tehranın Vaşinqtonla görüş istədiyi iddiasına REAKSİYA

image-beqayibackend

İran XİN-in nümayəndəsi İsmail Bəq ABŞ Prezidenti Donald Trampın rəsmi Tehranın amerikalı həmkarları ilə görüş istədiyi barədə bəyanatlarını təkzib edib.

newsbaku.az  bu barədə İran Dövlət Televiziya və Radio Şirkətinə istinadən xəbər verir.

“Bizdən ABŞ tərəfi ilə görüş üçün heç bir sorğu olmayıb”, – deyə o bildirib.

Qeyd edək ki, Tramp bundan əvvəl bəyan etmişdi ki, İran görüş istəyib və əgər danışıqlar nəticəsində kağız üzərində nəsə qeyd etmək mümkün olsa, yaxşı olar. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun sözlərinə görə, ABŞ və İran arasında danışıqlar, böyük ehtimalla, gələn həftə baş tutacaq.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki