ABŞ prezidenti Donald Tramp Rusiyanın davam edən hərbi əməliyyatlarından məyus olduğunu etiraf edib.
newsbaku.az Editor.az -ə istinadla xəbər verir.
O, İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı deyib: “Mən Rusiya prezidenti Vladimir Putindən heç də razı deyiləm”.
Tramp həmçinin münaqişənin həlli istiqamətində səyləri davam etdirmək əzmində olduğunu vurğuladı və sələfi Co Baydenin səhvləri olmasaydı, Ukrayna münaqişəsinin qızğın fazaya daxil olmayacağını deyib.
Qeyd edək ki, iyulun 1-də ABŞ Ukraynaya bəzi əsas silahların, o cümlədən Patriot, Stinger və 155 mm-lik mərmilərin tədarükünü dayandırıb.
newsbaku.az