Gecə saatlarında Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə qarşı dronlar və raketlərdən istifadə edilməklə hücumu nəticəsində iki nəfər həlak olub.
newsbaku.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.
“Təəssüf ki, iki nəfər həlak olub. Yaxınlarına və doğmalarına başsağlığı verirəm”, – deyə o “Telegram” hesabında yazıb.
Tkaçenko atəş nəticəsində yaralananların sayının 13 nəfərə çatdığını əlavə edib.
Şəhərin meri Vitali Kliçko dəqiqləşdirib ki, doqquz nəfər xəstəxanaya yerləşdirilib, üç nəfərə yerində yardım göstərilib.
Şəhər administrasiyasının məlumatına görə, Ukraynanın paytaxtının Şevçenkovski, Darnitski, Solomenski, Qoloseevski, Podolski, Obolonski rayonlarında zərbələr qeydə alınıb.
newsbaku.az