Rusiyanın Orenburq şəhərində kriminal iyerarxiyada yüksək mövqe tutmaq iddiası ilə ittiham olunan azərbaycanlı, Zaur adlı şəxs saxlanılıb. Hüquq-mühafizə orqanları onun “qanuni oğru” statusuna malik olduğunu hesab edir.
newsbaku.az bu barədə “BAZA” “Telegram” kanalına istinadla xəbər verir.
Məlumatda iddia olunur ki, saxlanılan şəxs “qanuni oğru” statusuna malikdir. Onun tam adı açıqlanmasa da, Lenin Rayon Məhkəməsinin məlumatlarına əsasən, söhbət 39 yaşlı Orenburq doğumlu, daha çox “Zaur Naxçıvanski” ləqəbi ilə tanınan Zaur Şipilovdan gedir.
newsbaku.az