İki gün əvvəl avtobusun vurduğu qadın öldü

image-izobrazhenie_2025-07-05_143324702backend

Mingəçevirdə 2 gün əvvəl avtobus vuran qadın xəstəxanada ölüb.

newsbaku.az xəbər verir ki, hadisə iyulun 3-də şəhərin Günəşli yaşayış massivində qeydə alınıb.

Belə ki, Oğuz və Mingəçevir marşrut xətti üzrə hərəkət edən avtobus 1972-ci il təvəllüdlü Hacıyev Mətanət Həsənağa qızını vurub.

Yaralı şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, M.Hacıyeva təmizlik idarəsinin əməkdaşı olub.

Faktla bağlı araşdırma aparılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki