Cəlilabad rayonunda baş verən avtomobil qəzasında üç nəfər xəsarət alıb.
newsbaku.az Report.az-a istinadən bildirir ki, hadisə Ələt–Astara yolunun Cəlilabad rayonuna giriş hissəsində qeydə alınıb.
Belə ki, “Toyota Corolla” markalı avtomobilin sürücüsünün idarəetməni qəfil itirməsi səbəbindən maşın yolun kənarına aşıb.
Hadisə nəticəsində xəsarət alan üç nəfər rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
newsbaku.az