Bakı Limanı 20 min manat nizamnamə kapitalı ilə yenidən qeydiyyatdan keçib

image-izobrazhenie_2025-07-07_113921101backend
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-ni 20 min manat nizamnamə kapitalı ilə yenidən dövlət qeydiyyatına alıb.

newsbaku.az İqtisadiyyat.az-a istinad xəbə verir ki bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bu şirkət “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tabeliyinə verilmiş, 15 990 manat nizamnamə kapitalına malik “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin hüquqi varisidir. Onun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 140, qanuni təmsilçisi isə əvvəlcədən deyildiyi kimi Eldar Adil oğlu Salahovdur.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki